"Apoel"in əsas silahı sıradan çıxdı

"Apoel"in əsas silahı sıradan çıxdı
Futbol
24 Sentyabr 2019 - 21:11
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Apoel" itkiylə üzləşib.

Kipr çempionatının ikinci oyununda "Enosis Paralimni"ni 3:2 hesabıyla məğlub edən Nikosiya klubunun hücumçusu Musa əl-Tamari ciddi zədə alıb.

"Apoel"in iordaniyalı forvardı 72-ci dəqiqədə Andrey Pavloviçlə əvəz olunub.

Tibbi müayinədən sonra Tamarinin son vəziyyətinə aydınlıq gələcək.

 

Digər xəbərlər