"Forza Neftçi"dən rəhbərliyə ultimatum: "Sizi də istefaya göndərəcəyik"

"Forza Neftçi"dən rəhbərliyə ultimatum: "Sizi də istefaya göndərəcəyik"
Futbol
23 Sentyabr 2019 - 14:58
“Forza Neftçi”nin azarkeş qrupu tribunaya qayıtdığını elan edib.

Supersport.Az xəbər verir ki, bu haqda qrupun paylaşımında bildirilib.
 "Sizə verilən 5 turluq müddətin sonuna gəldik, qayıdırıq! "Neftçi"dən çirkli əllərinizi çəkməyin zamanı çoxdan keçib. Hər cümləsində büdcədən danışan rəhbərlik özündən az büdcəli "Sabah"ı, "Zirə"ni, "Keşlə"ni uda bilmir. "Qəbələ" ilə oyuna qədər istefa ərizənizi yazın, yoxsa digər rəhbərliklər kimi sizi də biz istefaya göndərəcəyik" – deyə paylaşımda bildirilib.

Xatırladaq ki, "Neftçi"nin son uğursuz çıxışlarından sonra "Forza Neftçi" komandanın oyunu tribunadan dəstəkləməyi müvəqqəti dayandırmışdı.

Digər xəbərlər