"Qarabağ" "Sevilya"nı qabaqladı

"Qarabağ" "Sevilya"nı qabaqladı
Futbol
17 Sentyabr 2019 - 18:35
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin ilk turun matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Sevilya" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub.

Sentyabrın 18-i, saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında baş məşqçi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.


"Sevilya"nın baş məşqçisi isə saat 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İspaniya təmsilçisinin son məşqi saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Digər xəbərlər