"Traktor" səfərdə 1 xal qazandı

"Traktor" səfərdə 1 xal qazandı
Futbol
16 Sentyabr 2019 - 07:47
Futbol üzrə İran çempionatının 3-cü turunda "Traktor" səfərdə "Zobahan"la qarşılaşıb.


Türkiyəli mütəxəssis Mustafa Dənizlinin çalışdırdığı Cənubi Azərbaycan klubu bu oyunda 1 xal qazanıb.


"Maşinsazi" isə "Şahr Xodru"ya doğma meydanında məğlub olub – 0:1.


"Traktor Azərbaycan" hazırda 5 xalla 16 klub arasında 4-cü, "Maşinsazi" isə 3 xalla 10-cudur.


İlk üç pillədə "Şahr Xodru" (9 xal), "Sepahan" (7 xal) və "Saypa" (7 xal) qərarlaşıb.

Digər xəbərlər