Eksklüziv: Ramin Musayev "Neftçi"yə qəzəbləndi

Eksklüziv: Ramin Musayev "Neftçi"yə qəzəbləndi
Futbol, Eksklüziv
16 Sentyabr 2019 - 02:06
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Premyer Liqasında paytaxt klubunun uğursuz çıxışı PFL prezidenti Ramin Musayevi əsəbləşdirib.

Respublika stadionunda keçirilən dördüncü turun oyununda "Neftçi"nin "Qarabağ"a məğlubiyyətinin ardından Ramin Musayev Bakı təmsilçisinin rəhbəri Kamran Quliyevin qarşısını kəsib. Tərəflər arasında gərginlik olub. Məlumatda bildirilir ki, Musayev qəzəbli halda "Neftçi"nin uğursuzluğuna görə Quliyevə iradlarını deyib. Hazırda paytaxt klubu turnir cədvəlində 4 turdan 4 xalla 5-cidir.


Xatırladaq ki, Ramin Musayev vaxtilə "Neftçi"nin vitse-prezidenti olan zaman komanda ölkə çempionu adını, "Birlik Kuboku"nu qazanıb.

Digər xəbərlər