"Apoel"in baş məşqçisi çatışmazlıqları açıqladı

"Apoel"in baş məşqçisi çatışmazlıqları açıqladı
Futbol
15 Sentyabr 2019 - 15:35
Supersport.Az-ın məlumatına görə, Kipr çempionatının ilk oyununda AEL-i məğlub edən "Apoel"in baş məşqçisi Tomas Doll qələbəni şərh edib.

Alman mütəxəssis, yığma komandaların üzvləri olan futbolçularının yorğun olduğunu, sürəti artırmağın vacibliyini bildirib.

"Rəqib komandanın baş məşqçisinin komandamız haqda müsbət fikirləri xoş oldu. Buna görə təşəkkür edirəm. Oyunun ritminə uyğun mübarizə aparmaq çətin idi. Çünki futbolçular yığma komandalardan yorğun gəliblər. İlk hissədə qol vursaq da, istədiyimiz oyunu görmədim. Ümumilikdə müsbət məqamlar gördüm. Çox yaxşı və diqqətli oynadıq. Qələbə qazandığımız üçün çox sevinirik. Avroliqanın oyununa daha yaxşı hazırlaşmalıyq. Komandamız sürəti artırmalıdır".

 

Digər xəbərlər