"Apoel" Avroliqanın qrupunu keçmək gücündədir"

"Apoel" Avroliqanın qrupunu keçmək gücündədir"
Futbol
15 Sentyabr 2019 - 01:18
Supersport.Az-ın məlumatına görə, Kipr çempionatının ilk turunda AEL-i üç cavabsız qolla məğlub edən "Apoel"in müdafiəçisi Draqan Mixayloviç fikirlərini bölüşüb.

"Bizim üçün uğurlu start oldu. Çox vacib qələbəylə başladıq. Komandamız istər müdafiə, istərsə də hücumda əla oynadı. Qol vurmağım inanılmazdır. Çünki mən müdafiəçiyəm. Qol vurmağım çox yaxşı oldu. Ümid edirəm ki, bu, son deyil. Bundan sonra qol vrumaq üçün daha çox çalışacağam. Mən özüm üçün yox, komandan üçün oynayıram. Məşqçi mənə sol cinahda oynamağı tapşıranda bunu da bacarıram. Oyunda özünü rahat hiss etmək vacibdir" deyən isveçrəli futbolçu, "Apoel"in Avropa Liqasının qrup mərhələsini keçəcəyinə inandığını bildirib:

"Komandamızda böyük inam var. Biz güclüyük və qrupu keçməyi bacarırıq. Rəqiblərimiz "Sevilya", "Qarabağ", "Düdelanj" yaxşı komandalardır. Hər oyuna xüsusi diqqət yetirəcəyik. Çalışacağıq ki, bütün görüşlərdə qalib gələk.

"Apoel" Avropa yarışlarında tarixi uğurlar qazanıb, böyük təcrübəyə malikdir. Qrup səddini keçmək üçün çox yaxşı fürsətimiz var. Azarkeşlərimizə daha bir uğur hədiyyə etmək istəyirik".

 

Digər xəbərlər