Millimizin rüsvayçı çıxışı - 48-ci yer

Millimizin rüsvayçı çıxışı - 48-ci yer
Futbol
08 Sentyabr 2019 - 12:44


Supersport.Az-ın məlumatına görə, Avro-2020-nin seçmə mərhələsinin dünən başa çatan 5-ci turundan sonra Azərbaycan millisi ən uğursuz çıxış edən komandalar sırasındadır.

Xorvat məşqçi Nikola Yurçeviçin rəhbərlik etdiyi yığmamız 4 oyunun hamısında məğlub olaraq xalsız qalıb. Millimiz 55 komanda arasında 48-cidir. Burda vurulan və buraxılan qolların nisbəti də nəzərə alınıb. Yığmamızdan başqa, yalnız Andorra, Estoniya, Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn və San-Marino da xal toplaya bilməyib.
Seçmə mərhələdə ən yaxşı göstərici isə 5 oyundan hərəyə 15 xal toplayan İspaniya, Belçika və İtaliyaya məxsusdur.

Digər xəbərlər