Supersport.Az-ın məlumatına görə, Portuqaliyada ilin futbolçusu mükafatını “Yuventus”un lideri Kriştiano Ronaldo qazanıb.
34 yaşlı oyunçu Ronaldo “Atletiko”dan Joao Feliks, “Mançester Siti”dən Bernardo Silva, “Sportinq”də Bruno Fernandes və “Vulverhempton”dan Ruben Nevesi arxada qoyaraq 10-cu dəfə birinci seçilib.
Ronaldonu son 12 ildə iki futbolçu keçib. Portuqaliyada ilin futbolçusu mükafatı 2010-cu ildə “Atletiko Madrid”in formasını geyən Simao Sabroza ilə 2014-də “Real Madrid”dən Pepe alıb.
Bu il ən yaxşı komanda “Benfika”, çalışdırıcı isə adıçəkilən klubun baş məşqçisi Bruno Lage seçilib.