"Sabah" Gürcüstanda çempion oldu

"Sabah" Gürcüstanda çempion oldu
Futbol
03 Sentyabr 2019 - 12:08
"Sabah"ın U-14 komandası Gürcüstanın Martvili şəhərində keçirilən "Future Cup"da iştirak edib.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Elnur Zeynalovun komandası ilk oyunda Batumi "Dinamo"su ilə qarşılaşıb. Görüş azərbaycanlı futbolçuların 8:0 hesablı qələbəsi ilə nəticələnib.

Növbəti görüşdə təmsilçimiz Tiflis "Dinamo"su ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib. Ardınca "Martve Kutaisi" komandasını 2:0 (qollara Niyazi Osmanov və Mirhafiz Talışzadə imza atıblar) məğlub edən U-14 yarımfinala yüksəlib. Yarımfinalda "Baia Zuqdidi"ni minimal hesabla üstələyən "Sabah" həlledici görüşə vəsiqə qazanıb. Komandanı finala daşıyan qolu Niyazi Osmanov vurub.

Finalda rəqib Tiflis "Dinamo"su olub. 3:0 hesabıyla qalib gələn "Sabah" turniri qalib başa vurub.

Digər xəbərlər