"Qalatasaray"lı Falkao: "Bir daha anladım ki, çox doğru qərar vermişəm"

"Qalatasaray"lı Falkao: "Bir daha anladım ki, çox doğru qərar vermişəm"
Futbol
03 Sentyabr 2019 - 11:22
Supersport.Az-ın məlumatına görə, "Qalatasaray" Radamel Falkaoya verəcəyi məbləği açıqlayıb.

Kolumbiyalı hücumçuya 3 mövsüm ərzində 5 milyon avro veriləcək. 

Falkao ilk açıqlamasında çox doğru qərar verdiyini bildirib: 

"Hava limanından çox fərqli və möhtəşəm hisslərlə ayrıldım. Uzun müddət azarkeşlərlə birlikdə olmaq istədim. "Qalatasaray"ın nə nədər böyük camiə olduğunu bildiyim və belə qarşılamanın olacağını təxmin etdiyimdən tək gəlmək istəmədim, ailəmi də gətirdim. Bir daha anladım ki, çox doğru qərar vermişəm, həddən artıq sevincliyəm. Bu müddətdə başqanımız, Abdurrahim, Yusuf bəy və Fernando Muslera çox çalışdılar. Bir daha gördüm ki, bütün cəhdlər və mənim dik duruşum boşuna deyil. İnanılmaz sevinc yaşadım. Bəlkə də həyatımda ən xoş anlardan biriydi". 

 

Digər xəbərlər