Falkao rəsmən "Qalatasaray"da

Falkao rəsmən "Qalatasaray"da
Futbol
03 Sentyabr 2019 - 01:11
"Monako"nun hücumçusu Radamel Falkao "Qalatasaray"a transfer olub.

 

Supersport.Az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. Təcrübəli futbolçunun illik maaşı 5 milyon avro olacaq. İstanbul klubu bu keçid üçün "Monako"ya təzminat ödəməyib. Kolumbiya millisinin üzvü "sarı-qırmızılar"da 9 nömrəli formada çıxış edəcək.

 

"Monako" Falkaonu 2013-cü ildə "Atletiko"dan 60 milyon avroya transfer etmişdi.

Digər xəbərlər