"Apoel" 3 futbolçunu kənarlaşdırdı

"Apoel" 3 futbolçunu kənarlaşdırdı
Maqazin, Futbol
01 Sentyabr 2019 - 17:04
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi "Apoel"dən 3 futbolçu ayrılır.

Kipr təmsilçisi artıq venesuelalı qapıçısı Rafael Romo ilə vidalaşıb.

29 yaşlı qolkiperlə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Maraqlıdır ki, bu qapıçı meydanda olarkən "Apoel" 12 çempionat, 4 kubok oyununda məğlub olmayıb.
R.Romo 2017-ci ildən Kipr təmsilçisində oynayırdı.


"Apoel" 29 yaşlı haitili müdafiəçi Kevin Lafransa özünə yeni klub axtarmağı bildirib.



25 yaşlı hücumçu Minas Antoniounun ilk AEL Limassol komandasına keçidi gözlənilir.

Digər xəbərlər