"Qarabağ"ın ulduz futbolçusu olmasa da, rəqiblərinə problem yaradır" - "Sevilya"nın nümayəndəsi

"Qarabağ"ın ulduz futbolçusu olmasa da, rəqiblərinə problem yaradır" - "Sevilya"nın nümayəndəsi
Futbol
30 Avqust 2019 - 17:18
Supersport.Az-ın xəbərinə görə, Avroliqanın qrup mərhələsində "Qarabağ"ın rəqibərindən biri "Sevilya"nın texniki katibliyinin üzvü Emilio de Dios açıqlama verib.

İspan klubunun təmsilçisinin nümayəndəsi püşkdən razı qalıb:

"Özümüzü xoşbəxt hesab edə bilərik. Daha çox iqtisadi və kadr potensialı olmayan komandalarla qarşılaşacağıq. Bu baxımdan püşkatmanın nəticəsindən razı qala bilərik. Təbii ki, hər şey meydanda həll olur. Ancaq orta səviyyəli qrup olduğundan, narazı qala bilmərik. Apoel və "Qarabağ"ın avrokubokda rəqabət ənənəsi var. Onlar bu tempə öyrəşiblər. Üstəlik, öz meydanlarında rəqiblərə problem yaradırlar. Hər iki klubun ulduz futbolçusu olmasa da, rəngarəng futbol nümayiş etdirirlər. "Düdelanj" bir az zəif görünə bilər. Amma Avropa arenasında asan oyun olmur".

Digər xəbərlər