"Qarabağ"a qalib gəlmək inanılmazdır"

"Qarabağ"a qalib gəlmək inanılmazdır"
Futbol
23 Avqust 2019 - 02:55
"Bu qələbə mənim üçün Şimali İrlandiya yığmasında İngiltərə və İspaniyanı məğlub etdiyimiz oyunlar kimi yaxşı xatirədir".

Superpsort.Az xəbər verir ki, bu sözləri Avropa Liqasının pley-off mərhələsinin ilk matçında “Qarabağ”ı məğlub etdikləri (3:2) oyundan sonra "Linfild"in baş məşqçisi David Hili deyib.
 40 yaşlı mütəxəssis komandasının çıxışından razı qalıb: “Futbolçularımın nəyə qadir olduğunu bilirəm. Ona görə də məni təəccübləndirmədilər. "Qarabağ"a qarşı oyunda qalib gəlmək inanılmazdır. Futbolçularımla fəxr edirəm. Bir həftə sonra Bakıda oyunumuz var”.

Xatırladaq ki, "Qarabağ" - "Linfild" oyunu avqustun 29-daTofiq Bəhramov adına Repsublika stadionunda keçiriləcək.

Digər xəbərlər