"Füzuli" Çeçenistanda turnirdə mübarizə aparacaq

"Füzuli" Çeçenistanda turnirdə mübarizə aparacaq
Futbol
22 Avqust 2019 - 12:34
Supersport.Az-ın məlumatına görə, Region Liqasında mübarizə aparacaq "Füzuli" Futbol Klubu Çeçenistan Respublikasının paytaxtı Qroznıda turnirdə iştirak edəcək.

Bu haqda əməkdaşımıza Füzuli komandasının baş məşqçisi Vasif İsmayılov məlumat verib.

Mötəbər yarışda 12-dən çox ölkənin təmsilçisi mübarizə aparacaq.

Turnirə Azərbaycan, Qazaxıstan, Belarus, Rusiya, Çeçenistan komandasının qatılacağı təsdiq olunub.

Yarışın açılışında Çeçenistan prezidenti Ramzan Kadırovun iştirakı gözlənilir.

Turnir sentyabrın 18-22-si aralığında Qroznı şəhərində 8×8 formatında keçiriləcək.

Mənfur Ermənistanın da təmsilçisinin yarışda iştirakı güman olunur.

 

 

Digər xəbərlər