"Ayaks"ın baş məşqçisi səhvləri etiraf etdi: "Apoel" çox təhlükəlidir"

"Ayaks"ın baş məşqçisi səhvləri etiraf etdi: "Apoel" çox təhlükəlidir"
Futbol
21 Avqust 2019 - 02:41
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə "Apoel"in müqavimətini qıra bilməyən "Ayaks"ın baş məşqçisi Erik ten Haq fikirlərini bölüşüb. 

Təcrübəli mütəxəssis rəqibin çox təhlükəli komanda olduğunu söyləyib:

"Apoel" çox təhlükəlidir. Biz səbr etmədən oynadıq, daha çox şey gözləsək də, ancaq alınmadı. Qələbə qazanmaq istədik. Lakin bunu reallaşdırmaq, son nöqtəni qoymaq mümkün olmadı. "Apoel" güclü müqavimət göstərdi".

49 yaşlı məşqçi, çox səhvlərə yol verdiklərini etiraf edib:

"Mərkəzdə səhvlər etdik. Təmkinli oynaya bilmədik, topa nəzarəti itirdik. Bununla belə komandamızın 5-6 qol imkanı oldu. Müdafiədə çox səhvlərə yol verdik ki, bu da bizə problem törətdi. Bunun qarşısını almaq istəsək də, düzgün oynamadıq".

Qeyd edək ki, "Apoel" - "Ayaks" oyunu 0:0 hesabıyla başa çatıb.

Digər xəbərlər