"Liverpul" Superkuboku qazandı

"Liverpul" Superkuboku qazandı
Futbol
15 Avqust 2019 - 01:44
Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşib.

Supersport.Az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçiriləcək görüşdə iki ingilis klubu üz-üzə gəlib.

Oyunda 15 min polis təhlükəsizliyi qoruyub.

Ötən mövsüm Çempionlar Liqasının ən güclüsü "Liverpul"la Avropa Liqasının qalibi "Çelsi" qarşılaşıb. Oyunun əsas vaxtında qalib məlum olmayıb. Buna görə əlavə vaxt oynanılıb. 120 dəqiqəlik mübarizədə qalib müəyyənləşmədiyindən penaltilər seriyasından istifadə olunub. "Liverpul" "Çelsi"ni 5:4 hesabıyla məğlub edərək, Superkubokun növbəti dəfə sahibi olub.

Son dəfə "Çelsi" 1998, "Liverpul" isə 2005-ci ildə Superkuboku başı üzərinə qaldırıb.

14 avqust

UEFA Superkuboku

23:00. "Liverpul" (İngiltərə) – "Çelsi" (İngiltərə) 2-2 (Penaltilər seriyası: 5-4)

Qollar: Mane 48, 95  - Jiru 36, Jorjinyo 101-p

Penaltilər: Firminyo, Fabinyo, Origi, Aleksandr-Arnold, Salah - Jorjinyo, Barkli, Munt, Emerson, Avraam -).


Baş hakim: Stefani Frappar (Fransa)

İstanbul. "Vodafon Park" stadionu

Digər xəbərlər