Ramin Musayevin təəssüfü: "Yenə bəzi oyunlar ətrafında mənfi söhbətlər dolaşdı"

Ramin Musayevin təəssüfü: "Yenə bəzi oyunlar ətrafında mənfi söhbətlər dolaşdı"
Maqazin
08 Avqust 2019 - 17:32
"Təəssüf ki, ötən il də bəzi oyunlar ətrafında mənfi söhbətlər dolaşdı. Hətta hadisələrdən heç bir məlumatı olmayan komandaların adı da olaylar ətrafında hallandı. Mən hamınızdan xahiş və tələb edirəm, idman prinsipinə sadiq qalaq, yaradılmış şəraitdən normal istifadə edək".

Supersport.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev  2019/2020 mövsümü üçün birinci divizionun püşkatma mərasimində belə deyib.
 O, atılan neqativ addımların gənc futbolçulara təsir etdiyini bildirib:

"Futbolçulara düzgün nümunə olmaq lazımdır. Çalışın, yeni futbolçular yetişdirin. Bizim çempionatı keçirmək səbəblərimizdən biri də milli komandaya futbolçu yetişdirməkdir. Əgər il ərzində hər komanda milli üçün heç olmasa 1 futbolçu yetişdirə bilsə, bu, mövsümün sonunda yığma üçün 12-13 yeni futbolçu deməkdir.”

Digər xəbərlər