Azərbaycanın 2 təmsilçisinə beynəlxalq dərəcəli hakim adı verildi

Azərbaycanın 2 təmsilçisinə beynəlxalq dərəcəli hakim adı verildi
Digər, Cüdo
08 Avqust 2019 - 15:59
Polşanın Poznan şəhərində Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün seminarı keçirilib. Seminarda ədalət təmsilçiləri beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahan veriblər.

Supersport.Az-ın məlumatına görə, Azərbaycanın ədalət təmsilçilərindən Rəşad Əliyev və Məhəmmədəli Quluzadə beynəlxaq dərəcəli hakim adına layiq görülüblər. Onlar seminara Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə qatılıblar. Namizədlərlə ilk öncə nəzəri və ingilis dili biliklərinin yoxlanması məqsədi ilə müsahibə keçirilib. Növbəti iki gün ərzində namizəd hakimlər tatami üzərində Avropa Kubokunun görüşlərini idarə edərək praktik imtahan veriblər. Hakimlərimiz Poznanda keçirilən gənclərin Avropa Kubokunun görüşlərini uğurla idarə ediblər.

Digər xəbərlər