"Qarabağ"ın qələbəsi "Apoel"in baş məşqçisinin qovulmasına səbəb oldu

"Qarabağ"ın qələbəsi "Apoel"in baş məşqçisinin qovulmasına səbəb oldu
Futbol
08 Avqust 2019 - 12:54
"Apoel" baş məşqçisi Paolo Trametsanini istefaya göndərib.

Supersport.Az-ın klubun saytına istinadən məlumatına görə, italiyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

"Apoel"də istefaya səbəb komandanın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"a evdə 1:2 məğlub olmasıdır.

Qeyd edək ki, P.Trametsani 2018-ci ildən "Apoel"i çalışdırırdı.

"Qarabağ"la Bakıda avqustun 13-də keçiriləcək cavab matçına kimi komandanın baş məşqçisi vəzifəsinə almaniyalı Tomas Dollun təyin ediləcəyi gözlənilir. 53 yaşlı mütəxəssisin son klubu Almaniyanın "Hannover"i olub. O, müxtəlif vaxtlarda Almaniyada "Hamburq", "Borussiya" (Dortmund), "Gənclərbirliyi" (Türkiyə), "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) və Macarıstanın "Ferensvaroş" komandalarında da baş məqşçi kimi çalışıb.

Digər xəbərlər