Qurban Qurbanov: “Qələbə bizi arxayınlaşdırmamalıdır”

Qurban Qurbanov: “Qələbə bizi arxayınlaşdırmamalıdır”
Futbol
07 Avqust 2019 - 02:12
“Qələbə qazanmağımıza baxmayaraq, bizim üçün çox çətin oyun oldu. Futbolçularımı təbrik edirəm, meydanda yaxşı vuruşdular".

Supersport.Az xəbər verir ki, “Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Kiprdə APOEL-ə qalib gəldikləri (2:1) oyundan sonra mətbuat konfransında belə deyib.

O, rəqibin məğlub olmasına baxmayaraq güclü komanda olduğunu və Bakıda "Qarabağ"ı daha ağır oyun gözlədiyini bildirib:

"Rəqibin gücünü hamıya məlumdur və bilirdik ki, ilk dəqiqələrdən təzyiq yaradacaqlar. APOEL özünəməxsus oyun üslubu olan bir komandadır. Qələbəyə baxmayaraq, biz arxayınlaşmayacağıq. Yaxşı başa düşürük ki, bugünkü oyundan daha ağırı bizi Bakıda gözləyir. Bu qarşılaşmanı analiz edib cavab matçında daha hazırlıqlı olmalıyıq".

Digər xəbərlər