"Neftçi" "Bney Yehuda"nı qabaqladı

"Neftçi" "Bney Yehuda"nı qabaqladı
Futbol
06 Avqust 2019 - 19:15
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində avqustun 8-i saat 21:00-da 8-ci km stadionunda keçiriləcək "Neftçi" – "Bney Yehuda" oyunu öncəsi Azərbaycan klubunun baş məşqçisi Roberto Bordinin və futbolçumuz Namiq Ələsgərovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Tədbir avqustun 7-si saat 17:30-da başlanacaq. Konfransdan sonra, saat 18:00-da Bakı komandasının media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.

"Bney Yehuda"nın baş məşqçisi Yossi Abukasis və futbolçu Dan Morinin mətbuat konfransı, həmçinin komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 20:30-da, məşq isə saat 21:00-da başlanacaq.

 

Digər xəbərlər