"Qarabağ"a “Ayaks” rəqib ola bilər

"Qarabağ"a “Ayaks” rəqib ola bilər
Futbol
05 Avqust 2019 - 14:11
Supersport.Az-ın məlumatına görə, bu gün Çempionlar Liqasında  pley-off mərhələsinin püşkü atılıb.

UEFA-nın Nyondakı qərargahında keçirilən tədbirdə 3-cü mərhələdə mübarizə aparacaq APOEL - “Qarabağ” cütünün qalibinin potensial rəqibləri də müəyyənləşib.

Səpələnməmişlər səbətində yer alan cütlüyün qalibi  PAOK (Yunanıstan) - "Ayaks" (Niderland) cütünün güclüsü ilə qarşılaşacaq. "Qarabağ" APOEL-i keçsə, pley-offdakı il oyununu Bakıda keçirəcək.

Pley-off mərhələsinin oyunları avqustun 20-21-də və 27-28-də keçiriləcək.

Çempionlar Liqası


Pley-off mərhələsi

APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) cütünün qalibi /PAOK (Yunanıstan) - "Ayaks" (Niderland)

Digər xəbərlər