Pəhləvanımız dünya çempionu oldu

Pəhləvanımız dünya çempionu oldu
Futbol
03 Avqust 2019 - 22:03
Bolqarıstan paytaxtı Sofiyada güləş üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir.

Supersport.Az-ın məlumatına görə, beşinci yarış günündə üç yunan-Roma güləşçimiz qüvvəsini sınayıb.
Mübarizəyə 1/8 finaldan qoşulan Ziya Babaşov əvvəlcə yerli güləşçini məyus edib. 1/4 finalda Cənubi Afrika təmsilçisinə də göz açmağa imkan verməyən Babaşov yarımfinala yüksəlib. Bu mərhələdə Hindistan idmançısı rəqibinə də gücünü göstərən Ziya adını finala yazdırıb. Babaşov həlledici görüşdə İran güləşçisin uduzaraq gümüş medalla kifayətlənib.

Nihat Məmmədli isə debütdə ilk hissədə ukraynalı rəqibinə qalib gəlib. Avropa çempionu daha sonra Türkiyə pəhləvanından güclü olub. Belarus güləşçisini də vaxtından əvvəl üstələyək Nihat yarımfinala vəsiqə qazanıb. Məmmədlinin qarşısında Özbəkistan güləşçisi də duruş gətirməyib və həmvətənimiz finala adlayıb. Həlledici qarşılaşmada Hindistan təmsilçisinə tam üstünlüklə qalib gələn Nihat dünya çempionu olub.

Xasay Həsənli da təsnifat mərhələsində Yunanıstan təmsilçisi qarşısında çətinlik çəkməyib. Xasay növbəti görüşdə Estoniya idmançısına heç bir şans tanımayıb. Ancaq Həsənli 1/4 finalda iranlı həmkarına minimal fərqlə uduzub.

48 kq
1/8 final - Ziya Babaşov - İvan Krasimirov Kostov (BUL) 10:2
1/4 final - Ziya Babaşov - Riehan Botha (RSA) 8:0
1/2 final - Ziya Babaşov - Rupin Rupin (İND) 4:1
FİNAL - Ziya Babaşov - Əmirrza Məhəmmədrza Dehbozorqi (İRİ) 1:3

55 kq
Təsnifat - Nihat Məmmədli - Eduard Strilçuk (UKR) 9:0
1/8 final - Nihat Məmmədli - Seyitcan Beytekin (TUR) 10:6
1/4 final - Nihat Məmmədli - Arsen Yanovski (BLR) 8:0
1/2 final - Nihat Məmmədli - Abror Atabaev (UZB) 7:0
FİNAL - Nihat Məmmədli - Pravin Panduranq Patil (İND) 9:0

65 kq
Təsnifat - Xasay Həsənli - Evangelos Fotios Bukis (GRE) 9:0
1/8 final - Xasay Həsənli - Remo Oyaste (EST) 8:0
1/4 final - Xasay Həsənli - Höcət Həsən Rezai (İRİ) 2:3

Digər xəbərlər