"Neftçi" "Arsenal"ı topla döydü - Video

"Neftçi" "Arsenal"ı topla döydü - Video
Futbol, Video
02 Avqust 2019 - 05:55
Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Supersport.Az xəbər verir ki, təmsilçilərimizdən "Neftçi" cavab matçında evdə Rusiyanın "Arsenal" klubunu qəbul edib.

Azərbaycan komandası Tuladakı matçda qazandığı qələbə ilə (1:0) böyük üstünlük əldə etmişdi.

"Neftçi" cavab oyununda "Arsenal" 3:0-lıq dərs keçib.

Azərbaycan klubu 3-cü mərhələdə İsrailin "Bney Yehuda" klubu ilə qarşılaşacaq.

1 iyul

ÇL-də 2-ci təsnifat mərhələsi

21:00. "Neftçi" (Azərbaycan) – "Arsenal" (Rusiya) 3-0


Qollar: Rauf Əliyev, 49, Dario Federiko, 89-pen. Mamadu Mbodj, 90+3


Hakimlər: Alan Mario Sant, Edvard Spiteri, Roberto Vella, Malkolm Spiteri (hamısı Malta).

Bakı. 8-ci km stadionu.

İlk oyun – 1:0.

Digər xəbərlər