Elmar Babanlı: "Cüdo, güləş, sambo deyil" - Video

Elmar Babanlı: "Cüdo, güləş, sambo deyil" - Video
Digər, Eksklüziv, Cüdo, Video
31 İyul 2019 - 08:01
Supersport.Az-a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı idmançılarımızın beynəlxalq yarışlarda çıxışına qiymət verib.

O, təmsilçilərimizin Bakıda keçirilən Yeniyetmələrin Avropa Olimpiya Festivalında yüksək nəticə qazandığını bildirib.

36 yaşlı mütəxəssis, bəzi idmançılarımızın mötəbər turnirlərdə qızıl medal qazana bilməməsi səbəbini açıqlayıb.

Baş katib, Rüstəm Orucovun Minskdə təşkil olunan Avropa Oyunlarında finalda məğlubiyyətindən danışıb:

"İdmanda həmişə yüksək nəticə qazanmaq olmur. Rüstəm Orucov finala qədər inamla irəlilədi. Ancaq o, həlledici qarşılaşmada dəfələrlə məğlub etdiyi rəqibinə texniki səhvə yol verdiyi üçün məğlub oldu. Cüdo səhvləri bağışlamır. Burda ipponla uduzanda ikinci şans verilmir. Cüdo, güləş, sambo deyil. Ümid edirəm ki, Rüstəm Orucov bu məğlubiyyətdən nəticə çıxaracaq və Tokioda təşkil olunacaq dünya çempionatında daha yaxşı çıxış edəcək".

ACF rəsmisi, Tokio Olimpiadasına lisenziya yolunda idmançılarımızın mübarizəsindən razı qaldığını, bəzi idmançıların istəyinə çatdığını, ümumiyyətlə, yığmada güclü rəqabət olduğunu diqqətə çatdırıb.


 

Digər xəbərlər