"Neftçi" "Arsenal"ı qabaqladı

Futbol
30 İyul 2019 - 22:38
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində avqustun 1-i saat 21:00-da 8-ci km stadionunda keçiriləcək "Neftçi" – "Arsenal" oyunu öncəsi Azərbaycan klubunun baş məşqçisi Roberto Bordinin və futbolçumuz Rəhman Hacıyevin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir iyulun 31-i saat 17:30-da başlanacaq. Konfransdan sonra, saat 18:00-da komandanın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.
Həmin gün arenada "Arsenal"ın baş məşqçisi İqor Çerevçenkonun, futbolçu Maksim Belyayevin mətbuat konfransı və komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 20:30-da, məşq isə saat 21:00-da başlanacaq.