AFFA rəhbərliyinə, icra başçısına etiraz - çempion klub dağıldı

Futbol
30 İyul 2019 - 13:09
Supersport.Az-ın məlumatına görə, AFFA-nın yarıtmaz fəaliyyəti səbəbindən daha bir futbol komandası dağılıb.
"Uğur" klubunun rəhbərliyi birinci divizionda iştirakla bağlı qurumun baş katibi Elxan Məmmədovla dəfələrlə görüşə cəhd etsə də, istəyi alınmayb.
Ardıcıl iki dəfə Region Liqasının qalibi olan "Uğur" klubu bəyanat yayıb:

"Nəzərinizə çatdırmaq istəyirik ki, ardıcıl iki dəfə Region Liqasının qalibi olan "Uğur" Futbol Klubu birinci divizionda iştirakla bağlı AFFA-ya dəfərlərlə müraciət edib. Təəssüflər olsun ki, bu məsələ ilə bağlı klub rəhbərliyi bugünə qədər də federasiya tərəfindən görüşə dəvət edilməyib və sadəcə olaraq, şifahi şəkildə üçüncü mövsüm də Region Liqasında oynaması barədə tövsiyə edilib.
Bu qərar və ümümulikdə yaranmış qeyri-müəyyən vəziyyət klub rəhbərliyini qane etmədiyi üçün, eləcə də ardıcıl olaraq doğma Sumqayıt şəhərinə 3 dəfə çempionluq kubokları, sevinclərini gətirən komandamıza şəhər rəhbərliyinin və iş adamlarının bugünə qədər də biganə münasibəti səbəbindən klubun rəhbəri, sponsoru ilə aparılan məsləhətləşmələrdən sonra "Uğur" Futbol Klubu bu il keçiriləcək Region Liqanın yarışında iştirak etməyəcəyi barədə qərar qəbul edib.
"Uğur"un uğurlarında və çempionluqlarında əməyi olan hər kəsə ayrı-ayrılıqda, ümumi komanda heyətlərimizə çəkdiyi əziyyətlərinə, azarkeşlərə etdikləri dəstəyə görə klub rəhbərliyi adında böyük təşəkkürümüzü bildiririk və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik.
BİZ SİZİNLƏ BU QISA MÜDDƏTDƏ BÖYÜK TARİX YAZDIQ, AMMA DAHA DA BÖYÜK TARİX YAZA BİLƏRDİK...!!!
Əlavə olaraq nəzərinizə çatdırmaq istəyirik ki, bu qərardan sonra komandamızın heyətlərində olan hər bir futbolçu azad agent statusuna malikdir və istənilən zaman öz icazə vərəqəsini ala bilər.
Allah hamınızın köməyi olsun!"