Azərbaycandan ilk gün 3 medal

Azərbaycandan ilk gün 3 medal
Digər, Cüdo
20 İyul 2019 - 23:01
Çex Respublikasının paytaxtı Praqa şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

Beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçuları 3 medal qazanıblar. 60 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün görüşləri qalib başa vuraraq qızıl medala sahib olub. Bu çəkidə ölkəmizi təmsil edən digər cüdoçumuz Rəşad Yelkiyev bürünc medala layiq görülüb. Daha bir təmsilçimiz Davud Abbaslı (66 kq) bürünc medal qazanıb. Beləliklə gənclərdən ibarət milli komandamız Praqa turnirinin ilk günündə aktivinə 1 qızıl və 2 bürünc medal yazdırıb.

Qeyd edək ki, Avropa kubokunda 39 ölkədən 437 cüdoçu yarışır.

Digər xəbərlər