"Ərzurumspor"da İbrahim Şehiçlə bağlı qərar

"Ərzurumspor"da İbrahim Şehiçlə bağlı qərar
Futbol
09 İyul 2019 - 20:12
"Ərzurumspor"un yeni baş məşqçisi Müzəffər Bilazər komandadan ayrılacağı iddia olunan İbrahim Şehiç haqda danışıb.

Supersport.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, çalışdırıcı bosniya və herseqovinalı qapıçını buraxmaq istəmədiklərini bildirib:

"Şehiç bu komanda üçün önəmli oyunçudur və qalmağını istəyirəm. Ondan başqa, ön xətdə daha 4 legioner olmasını planlaşdırırıq. Futbolçulara "kim burada qalmaq üçün tərəddüd edirsə, onu komandada istəmirəm" demişəm. Mənim üçün futbolçunun "Ərzurumspor"da qalması yox, necə qalması önəmlidir".

İstirahətini başa vuran Şehiç artıq komandanın düşərgəsinə qoşulub.

Qeyd edək ki, "Ərzurumspor"a ötən yay "Qarabağ"dan keçən Şehiçin yenidən Ağdam klubuna qayıdacağı ilə bağlı xəbərlər yayılıb.

Digər xəbərlər