Braziliya yığması çempion oldu

Braziliya yığması çempion oldu
Futbol
09 İyul 2019 - 01:28
Supersport.Az-ın məlumatına görə, Braziliyada keçirilən "Copa America" yarışının qalibi məlum olub.

"Marakana" stadionunda braziliyalılar Peru yığmasını 3:1 hesabıyla məğlub edərək, çempionluğu qeyd ediblər.

Braziliyadan Everton (16), Qabriel Jesus (45+3), Rişarlison (90+1-pen), Perudan Gerrero (44-pen) fərqlənib. 70-ci dəqiqədə Qabriel Jesus meydandan qovulub.

Digər xəbərlər