Ramil Şeydayev "Dinamo"da möhkəmlənir - Video

Ramil Şeydayev "Dinamo"da möhkəmlənir - Video
Futbol, Video
07 İyul 2019 - 21:39
Millimizin hücumçusu Ramil Şeydayev Moskva "Dinamo"sunun heyətində ikinci oyuna çıxıb.

23 yaşlı forvard komandasının Avstriyadakı toplanışında "Slovan" (Liberets) klubu ilə matçda mübarizə aparıb.

"Dinamo"nun 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə start heyətində meydana çıxan Şeydayev, komandasının 54-cü dəqiqədə qolunun vurulmasında fəal iştirak edib və 68-ci dəqiqədə əvəzlənib.

Xatırladaq ki, yığmamızın üzvü "Sparta" ilə oyunda da (1:1) meydana çıxmışdı.

Digər xəbərlər