"Qalatasaray" Falkaonu transfer edir

"Qalatasaray" Falkaonu transfer edir
Futbol
06 İyul 2019 - 22:26
"Qalatasaray" "Monako"nun əsas silahı Radamel Falkaonu heyətinə cəlb edə bilər.

Supersport.Az-ın Fransa mətbuatına istinadən məlumatına görə, Türkiyə klubu 33 yaşlı hücumçuyla danışıq aparır.

Kolumbiyalı forvard ötən mövsüm "Monako"da 39 oyunda 16 qol vurub, 2 effektli ötümə verib.

Falkaonun qiyməti 12 milyon avrodur. Hücumçu 2016-cı ildə "Çeilsi"dən "Monako"ya keçib və müqvailəsi 2020-ci ilin yayında başa çatacaq.

Digər xəbərlər