"Neftçi"nin sabiq futbolçusu dünyasını dəyişdi

"Neftçi"nin sabiq futbolçusu dünyasını dəyişdi
Futbol
06 İyul 2019 - 12:12
Supersport.Az-ın məlumatına görə, "Neftçi"nin 59 yaşlı veteran futbolçusu Ələddin Ələkbərov dünən vəfat edib.

O, 1960-cı il 6 fevralında dünyaya gəlmişdi.

Ələddin Ələkbərov 1980-1984-cü illər ərzində yarımmüdafiəçi mövqeyində paytaxt klubunun heyətində 64 oyun keçirib, 2 qol vurub.

Mərhumun dəfn mərasimi bu gün saat 15:00-da Biləcəri qəsəbəsində olacaq.

Azərbaycan Veteranlar İttifaqı mərhuma Allahdan rəhmət, ailəsinə, qohumlarına səbr diləyir.

 

Digər xəbərlər