Qurban Qurbanov: "Oyunda istədiyimiz çox şey alındı"

Qurban Qurbanov: "Oyunda istədiyimiz çox şey alındı"
Futbol
02 İyul 2019 - 21:49
Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün son yoxlama oyununda Çexiyanın "Viktoriya" klubuyla 2:2 hesablı heç-heçə edib.

Supersport.Az-ın məlumatına görə, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov klubun saytına fikirlərini bildirib:

"Yaxşı oyun alındı. Hesabın 2:2 başa çatmasına baxmayaraq, oyunda istədiyimiz çox şey alındı. İkinci hissədə çox dəyişiklik etdik, oyunun balansı bir az pozuldu. Son oyunumuz idi, hər oyundan oyuna daha da yaxşı səviyyə göstərdik. İki gün istirahətin ardından "Partizani"ylə oyunun hazırlıqlarına başlayacağıq".

Digər xəbərlər