"Neftçi"nin oyununa erməni də təyinat aldı

"Neftçi"nin oyununa erməni də təyinat aldı
Futbol
02 İyul 2019 - 19:52
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində "Sperantsa" və "Neftçi" arasında keçiriləcək ilk oyunun təyinatları açıqlanıb.

Supersport.Az-ın Bakı klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək.

UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna), hakim-inspektor isə Gevorq Hovhannisyan (Ermənistan) olacaq.

Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 11-də Kişinyovda keçiriləcək və həmin oyun da Bakı vaxtı ilə 21:00-da start götürəcək. Bu cütün qalibi 2-ci raundda Rusiyanın "Arsenal" (Tula) klubu ilə üz-üzə gələcək.

Digər xəbərlər