"Traktor" iki azərbaycanlı futbolçuyla maraqlanır

"Traktor" iki azərbaycanlı futbolçuyla maraqlanır
Futbol
29 İyun 2019 - 17:01
Təbrizin "Traktor" klubu heyətinə iki azərbaycanlı futbolçu cəlb etməyə çalışır.

Supersport.Az-ın məlumatına görə, komandanın baş məşqçisi Mustafa Dənizli Türkiyə mətbuatına açıqlamasında belə deyib.

"Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı Superliqada çıxış edən fubolçuların da maraq dairəsində olduğunu bildirib:

"Traktor"u çempion etmək üçün bütün gücümüzü sərf edəcəyik. Hər oyunda orta hesabla 45 min azarkeş olur. Çempionluq qazana biləcək bir komanda qurmaq istəyirik. Türkiyədən bir neçə oyunçu ilə maraqlanırıq. Eyni zamanda Azərbaycandan və İrandan iki futbolçu transfer siyahımızdadır. Onlarla danışıq aparmaq istəyirik".

Qeyd edək ki, M.Dənizli iyunun 13-də Təbriz klubuna baş məşqçi təyin edilib.



 

Digər xəbərlər