"Neftçi" - "Sperantsa" matçının vaxtı

"Neftçi" - "Sperantsa" matçının vaxtı
Futbol
25 İyun 2019 - 12:37


Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Neftçi" - "Sperantsa" (Rumıniya) matçının vaxtı məlum olub.

Supersport.Az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 18-də Bakıdakı 8-ci km qəsəbə stadionunda keçiriləcək matç saat 21:00-da başlayacaq.

Komandaların ilk dueli iyulun 11-i Moldovanın paytaxtı Kişinyovdakı "Zimbru" stadionunda keçiriləcək. Həmin oyun Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Cütün qalibi II təsnifat mərhələsində Rusiyanın "Arsenal" (Tula) klubu ilə qarşılaşacaq.

Digər xəbərlər