"Sperantsa" - "Neftçi" oyununun başlama vaxtı

"Sperantsa" - "Neftçi" oyununun başlama vaxtı
Futbol
24 İyun 2019 - 16:43
Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Neftçi"nin "Sperantsa" ilə ilk oyununun başlama saatı açıqlanıb.

Supersport.Az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iyulun 11-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Komandalar arasında cavab oyunu isə 1 həftə sonra Bakıda olacaq.

Qeyd edək ki, bu cütün qalibi 2-ci təsnifat mərhələsində Rusiyanın "Arsenal" (Tula) klubu ilə qarşılaşacaq.

Digər xəbərlər