1.5 milyonluq qolkiper - "İbrahim Şehiçə təkliflər gəlib, saxlamaq çətindir"

1.5 milyonluq qolkiper - "İbrahim Şehiçə təkliflər gəlib, saxlamaq çətindir"
Futbol
22 İyun 2019 - 15:24
Supersport.Az-ın məlumatına görə, Türkiyə Superliqasını tərk edən "Ərzurumspor"un prezidenti Hüseyin Ünəş komandanın qolkiperi İbrahim Şehiçin diqqət mərkəzində olduğunu bildirib.

"Transfer çalışmalarına başlamışıq. İbrahim Şehiçi komandada saxlamaq istəyirik. Açığı, həm Superliqa, həm də xarici klublardan təkliflər gəlib. İnşAllah hər hansı problem olmasa, qalmasını istəyirik. Ancaq bu, asan deyil" .

Qeyd edək ki, 2013-cü ildən 2018-ci ilin mayına kimi "Qarabağ"da çıxış edən Şehiç ötən yay "Ərzurumspor"a keçib. Bosniya yığmasının qolkiperinin Türkiyə klubuyla 1 il müqaviləsi var. Ərzurum komandası Şehiç üçün 1 milyon 5oo min avro tələb edir. 

Digər xəbərlər