Mehman Allahverdiyevlə Vidadi Rzayevə vəzifə verilir

Mehman Allahverdiyevlə Vidadi Rzayevə vəzifə verilir
Futbol, Eksklüziv
20 İyun 2019 - 12:44
Supersport.Az-a "Kəpəz"də yeni təyinatlar olması haqda xəbər daxil olub.

Vidadi Rzayevin baş məşqçi vəzifəsindən istefa verən Etibar İbrahimovu əvəz etdiyi bildirilib.

Rzayev Supersport.Az-a açıqlamasında məlumatı təsdiq etməsə də, bu postda çalışmaq istəyini gizlətməyib.

"Kəpəz"in icraçı direktoru vəzifəsinə Mehman Allahverdiyevin gətirildiyi, Nadir Şükürovun qapıçıların məşqçisi kimi fəaliyyət göstərəcəyi bildirilib.
AFFA-nın maliyyələşdirdiyi "Kəpəz"in məqsədi Premyer Liqaya vəsiqə qazanmaqdır.


Qeyd edək ki, Gəncə klubu ötən mövsüm 14 komandanın iştirak etdiyi birinci divizionu 11-ci pillədə başa vurub.

Digər xəbərlər