"Arsenal" "Neftçi"ni də mübarizədən kənarlaşdırmaq gücündədir"

"Arsenal" "Neftçi"ni də mübarizədən kənarlaşdırmaq gücündədir"
Futbol
20 İyun 2019 - 00:57
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının ikinci təsnifat mərhələsində "Neftçi" - "Speranta" cütünün qalibi ilə qarşılaşacaq "Arsenal"ın yarımmüdafiəçisi İqor Qorbatenko iddialı açıqlama verib.

Rusiya klubunun futbolçusu hesab edir ki, komandası bu iki klubdan güclüdür:

"Hələ ki, kiminlə qarşılaşacağımız bilinmir. Ancaq indidən deyə bilərəm ki, "Arsenal"ın "Neftçi"ni və ya "Speranta"nı məğlub etmək gücündədir. Uzağa qaçmaq lazım deyil. Qarşıda asan olmayan ay var. Mövsümün ilk hissəsinə ciddi hazırlaşmalıyıq ki, yarışlarda uğur qazanaq. Hər şeyi edəcəyik ki, çempionatın ilk oyunları və Avrokubokda maksimum nəticəyə nail olaq.

Ötən mövsüm göstərdi ki, premyer-liqada asan oyun olmur, hər komanda bir-birini uda bilər. Çempionat maraqlı olacaq. Təqvimin bizim üçün yaxşı-pis olacağını zaman göstərəcək".

Tula "Arsenal"ının oyunçusu, klub saytına məqsədin qrup mərhələsinə düşmək olduğunu vurğulayıb:

"Avroliqa yarışı şəhəri, klubu və özümüzü göstərmək üçün əla fürsətdir. Çox istərdik ki, qrup mərhələsinə vəsiqə qazanaq. Azarkeşlərimizi möhtəşəm futbolla sevndirməyə çalışacağıq".

Digər xəbərlər