"Qarabağ"ın 2-ci mərhələdə rəqibi müəyyənləşdi

"Qarabağ"ın 2-ci mərhələdə rəqibi müəyyənləşdi
Futbol
19 İyun 2019 - 14:11
Supersport.Az-ın məlumatına görə, bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkündə ölkəmizin qitənin bir nömrəli klub turnirindəki yeganə təmsilçisi "Qarabağ" da bu raundda qarşılaşa biləcəyi potensial rəqibini tanıyıb.

Azərbaycan təmsilçisi birinci raundda Albaniyanın "Partizani" klubunu keçsə, 2-ci mərhələdə "Dundalk" (İrlandiya) – "Riqa" (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

2-ci təsnifat mərhələsi

Çempionlar yolu
"Qarabağ" (Azərbaycan) /"Partizani" (Albaniya) - "Dundalk" (İrlandiya)/"Riqa" (Latviya)

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək. 2-ci raundun matçları isə 23-24 iyul və 30-31 iyul tarixlərində olacaq.

 

Digər xəbərlər