"Qarabağ"ın rəqibi "Partizani" oldu

"Qarabağ"ın rəqibi "Partizani" oldu
Futbol
18 İyun 2019 - 16:41
Bu gün UEFA Çempionlar Liqasında 1-ci  təsnifat mərhələsinin püşkü atılıb.

Supersport.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ"ın da rəqibi müəyyənləşib. Reytinqinə görə səpələnmişlər sırasında yer almış Azərbaycan təmsilçisi ilk raundda Albaniyanın "Partizani" klubu qarşılaşacaq. "Qarabağ"ın ilk oyunu səfərdə olacaq.

Qeyd edək ki, ÇL-nin 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək.

 

Digər xəbərlər