"Qarabağ"ın yeni transferi: qiymət - müsbət cəhətlər

"Qarabağ"ın yeni transferi: qiymət - müsbət cəhətlər
Futbol
14 İyun 2019 - 01:34


Supersport.Az-ın məlumatına görə, İspaniyanın "Kordoba" klubundan ayrılan Ceym Romero Qomesin yaxın günlərdə "Qarabağ"a keçəcəyi gözlənilir.

28 yaşlı futbolçu ötən mövsüm İspaniya Sequndasında 30 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə verib. O, daha əvvəl "Udineze", "Bari", "Qranada", "Saraqosa", "Osasuna" "Albasete" və icarə əsasında "Real"ın B komandasında da forma geyib. "Kordoba" futbolçuyla olan 1 illik müqaviləni qarşılıqlı olaraq ləğv edib.

Romeronun bir sıra müsbət cəhətləri vardır ki, yarımmüdafiəçi hücumameyilli oynamaqla yanaşı, həm sağ, həm də sol cinahda forvard kimi mübarizə apara bilir. İspan futbolçunun qiyməti 400 min avrodur.

 

Digər xəbərlər