İslandiyada Türklərə tərbiyəsizlik: Əmrəyə tualet fırçası uzadıldı - Şəkil-Video

İslandiyada Türklərə tərbiyəsizlik: Əmrəyə tualet fırçası uzadıldı - Şəkil-Video
Futbol, Video, Foto
10 İyun 2019 - 10:02









Supersport.Az-ın məlumatına görə, Avro-2020-nin seçmə mərhələsinin 4-cü turunda İslandiya yığmasının qonağı olacaq Türkiyə millisi səfərə yollanıb.

Türklərə bu ölkədə böyük hörmətsizlik edilib. Futbolçuların çantaları dəfələrlə yoxlanılıb, komandanın təyyarədən avtobusa minməsi 2 saat davam edib.

Türkiyə yığmasının aparıcı futbolçusu Burak Yılmaz çox böyük haqsızlıqla qarşlaşdıqlarını bildirib:

"3 saat hava limanında gözləyirik. Hamının çantasını dəfələrlə nəzarətdən keçirirlər. 6.5 saat uçduq, 3 saat gözləyirik. Hələ də yoxlama davam edir".

Təcrübəli oyunçulardan biri Əmrə Bəlözoğluya islandiyalı vətəndaş tualet fırçası uzadıb.

Əmrə qəzəbli halda fikirlərini bölüşüb:

"Türkiyəyə qurban olsunlar. Lazımsız olaraq yoxlama davam edir. Başqa nəsə demək istəmirəm".

Sosial şəbəkədə fırçanı uzadanın Benedikt Qretarsson olduğu zənn edilib. İslandiyalı idman yazarı Henri Birgir, bu haqda "Sevimli Türkiyə. O fırçalı kişi İslandiya mediasından deyil" açıqlamasını verib.

Baş məşqçi Şenol Güneş və futbolçular çox əsəbləşib. Mütəxəssis avtobusda bir rəsmiylə ciddi danışıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə yığmasına qarşı hörmətsizliyin qəbuledilməz olduğunu, bununla bağlı lazımı tədbir görüləcəyini bəyan edib.

"Milli komandamıza qarşı İslandiyada edilən hərəkətlər qəbulolunmazdır. Nə lazımdırsa, addım atılacağına millətimizin şübhəsi olmasın".

Bundan əvvəl İslandiyaya gələn Albaniyanın isə 1 saat hava limanında saxlanıldığı bildirilir.

İyunun 11-də Bakı vaxtıyla saat 22:45-də Türkiyə yığması İslandiya ilə qarşılaşacaq.

Türklər bu oyundan əvvəl dünya çempionu Fransanı 2 qolla çökdürüb.

Digər xəbərlər