"Sabah"da fransız hücumçu

"Sabah"da fransız hücumçu
Futbol
09 İyun 2019 - 12:15
Supersport.Az-ın xəbərinə görə, növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Konqo əsilli fransalı futbolçu Kevin Kubemba bundan sonra komandanın uğurları üçün çalışacaq. 26 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb.

Karyerası ərzində Fransanın "Amyen", "Lill", "Brest", "Bur-an Bress", Belçikanın "Sent-Trüden", Bolqarıstanın SSKA (Sofiya) komandalarının şərəfini qorumuş Kubemba, son mövsümdə Azərbaycanın "Səbail" klubunda çıxış edib.

Hücumçu Konqo millisində 3 oyun keçirib.


 

Digər xəbərlər