"Qarabağ"ın geridə qoyduğu klublar: "Milan", "Feyenoord"...

"Qarabağ"ın geridə qoyduğu klublar: "Milan", "Feyenoord"...
Futbol
04 İyun 2019 - 11:55
Avropada klubların 2018/2019 mövsümü üçün reytinq cədvəli açıqlanıb.

Supersport.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sıralama komandaların son 5 mövsümdə avrokuboklardakı çıxışına görə müəyyənləşib.

Son illər ardıcıl olaraq, ölkəmizi avrokubokların qrup mərhələsində təmsil edən "Qarabağ" (22.000 xal) 70-ci pillədə yer alıb. Ağdam klubu bu göstərici ilə "Feyenoord" (71-ci), "Lester Siti" (72-ci), "Real Sosyedad" (75-ci), "Milan" (78-ci), "Everton" (84-cü) və "Trabzonspor" (142-ci) kimi komandaları qabaqlayıb.


Digər klublarımızdan "Qəbələ" 173 (6,250 xal), "Keşlə" 273 (3000), "Neftçi" 274 (3,250), "Zirə" 275 (0,500), "Kəpəz" isə 276-cı (0,500) yerdə qərarlaşıb.

Qeyd edək ki, reytinqdə birinci "Real"dır (146.000 xal). "Barselona" (138.000 xal) ikinci, "Bayern" (128.000 xal) üçüncüdür.

Digər xəbərlər