Türkiyə yığması "Çelik" kimi

Türkiyə yığması "Çelik" kimi
Futbol
03 İyun 2019 - 03:03
Avro-2020-nin seçmə mərhələsində Fransa və İslandiya ilə oyunlara hazırlaşan Türkiyə millisi növbəti yoldaşlıq matçında qələbə qazanıb.

Supersport.Az xəbər verir ki, türklər Alanyada Özbəkistan seçməsinə iki qolla qalib gəlib. Hər iki qolu Mehmet Zeki Çelik vurub.
 Yoldaşlıq oyunu

2 iyun

Türkiyə - Özbəkistan - 2:0


Qollar: Mehmet Zeki Çelik, 17, 57

Qeyd edək ki, Şenol Günəşin başçılıq etdiyi Türkiyə yığması əvvəlcə yoldaşlıq oyununda Yunanıstanı 2:1 hesabı ilə məğlub edib. "Ay-ulduzlular" seçmə mərhələdə iyunun 8-də evdə Fransa, 3 gün sonra isə səfərdə İslandiya ilə üz-üzə gələcək.

Digər xəbərlər